Bank Of Baku

İran hakimiyyəti 5 milyondan çox sayta girişi bağlayıb

İran hakimiyyəti 5 milyondan çox sayta girişi bağlayıb
# 19 noyabr 2008 15:32 (UTC +04:00)
Tehran – APA. İran hakimiyyəti ölkə daxilində 5 milyondan çox sayta girişi bağlayıb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu saytların məzmunu mənəviyyata və ictimai qaydalara zidd sayıldığı üçün belə bir qərar qəbul olunub. Blok qoyulan saytlar arasında “Facebook” sosial şəbəkəsi, “YouTube” videohostinqi və xəbər saytları da var. Baş prokurorun müşaviri Əbdülsəməd Horam Əbadi bildirib ki, İranın düşmənləri internet vasitəsilə əhalinin dini inanclarına və şüuruna hücumlar edirlər. O, internetin sosial, siyasi, iqtisadi və mənəvi zərərlərinin olduğunu söyləyib.

Qeyd edək ki, İranda təxminən 21 milyon internet istifadəçisi var. İran bu göstərici ilə dünyada ən çox internet istifadəçisinin olduğu 20 ölkə sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR