Bank Of Baku

İranda “Mossad”la əməkdaşlıq etdiyi bildirilən şəbəkə ifşa olunub

İranda “Mossad”la əməkdaşlıq etdiyi bildirilən şəbəkə ifşa olunub
# 24 noyabr 2008 14:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda İsrailin xüsusi xidmət orqanı “Mossad”la əməkdaşlıq etdiyi bildirilən şəbəkə ifşa olunub. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, bu barədə İran mediasına açıqlama verən İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri bildirib ki, İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən qrupun bütün üzvləri aşkarlanaraq həbs edilib. O, şəbəkənin İranın nüvə təsisləri, silahlı qüvvələri, strateji obyektləri, ölkənin yüksək rütbəli hərbçiləri və siyasi xadimləri haqda məlumatlar toplamağa çalışdığını açıqlayıb. Həbs olunanların İsraildə terror aktlarının törədilməsi üçün xüsusi təlim keçdikləri də müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR