Bank Of Baku

İranda 3 PKK terrorçusu edam cəzasına məhkum edilib

İranda 3 PKK terrorçusu edam cəzasına məhkum edilib
# 25 noyabr 2008 13:08 (UTC +04:00)
Tehran – APA. Bir müddət əvvəl İranın Maku şəhərində həbs olunmuş PKK terror təşkilatının bu ölkədəki qolu - PJAK-ın 3 üzvünün məhkəməsi yekunlaşıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İnqilab Məhkəməsində mühakimə olunan Fasih Yasamini, Rostam Arkia və Fateh Rezazadə adlı şəxslər PKK (PJAK) adından silahlı terror aksiyaları keçirmək, adam oğurlamaq, qarət və soyğunçuluq törətmək, vətəndaşları hədələmək və İranın milli təhlükəsizliyinə zərər verməkdə ittiham olunaraq edam cəzasına məhkum ediliblər. Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha 12 terrorçu yaxalanıb və onlara kömək göstərən 19 nəfər həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR