Bank Of Baku

İranda on nəfər edam olunub - FOTO

İranda on nəfər edam olunub - <font color=red>FOTO</font>
# 26 noyabr 2008 13:08 (UTC +04:00)
Tehran – APA. Bu gün İranda müxtəlif əməllərdə təqsirli bilinərək ölüm hökmünə məhkum edilmiş 10 nəfər edam olunub. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, edam olunanlar arasında həyat yoldaşını öldürmüş qadın da var. Edam olunan qadın həyat yoldaşını öldürdükdən sonra parça-parça edib.
Yerli hüquq müdafiəçilərinin bildirdiyinə görə, Fatma Pajoh siğə həyat yoldaşını qızını zorladığı üçün qətlə yetirib.

Müxtəlif məlumatlara görə, bu ilin əvvəlindən İranda 216 nəfər edam olunub. Edamların sayında görə, İran yalnız Çindən geri qalır. 2007-ci ildə Çində 317 nəfər edam olunub.

İran qanunlarına görə, ölüm hökmü bu ölkədə qətl, zorlama, silahlı qarət, narkotik vasitələrin alveri və həyat yoldaşına xəyanət cinayətləri etmiş şəxslərə şamil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR