Bank Of Baku

ABŞ hərbçiləri İraqda Rusiya diplomatlarının avtomobilini qəzaya salıblar

ABŞ hərbçiləri İraqda Rusiya diplomatlarının avtomobilini qəzaya salıblar
# 26 noyabr 2008 14:06 (UTC +04:00)
APA-nın “Vesti.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiyanın İraqdakı səfirliyinin 3 avtomobildən ibarət maşın karvanı xüsusi mühafizə olunan “yaşıl zona”dan çıxaraq beynəlxalq hava limanına yola düşüb. İçində 3 diplomat və 7 mühafizəçinin olduğu avtomobillərin hərəkət etdiyi yolda ABŞ ordusuna məxsus 5 zirehli maşın da hərəkət edib. Bunu görən səfirliyin maşınları sağa çəkiliblər və yolun solunu boşaldıblar. Rusiya tərəfinin iddiasına əsasən saatda 100 km-dən çox sürətlə hərəkət edən zirehli maşınlardan biri rusiyalıların iki avtomobilini ötərək birinci avtomobilə yaxınlaşıb və onu itələyərək yoldan çıxarmağa çalışıb. Nəticədə sürücü idarəetməni itirib və ciddi zədələr alan avtomobil çevrilməkdən son anda qurtulub. 180 dərəcə bucaq altında fırlanan avtomobil dayanıb. Amerikalılar isə hərəkətə davam ediblər.

Hadisə ilə bağlı bəyanat verən Rusiya Xarici İşlər Nazirliyi ABŞ hərbçilərinin Rusiya diplomatlarının həyatına təhlükə yaratdıqlarını, bir neçə nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını açıqlayıb. Moskva ABŞ hökumətindən günahkarların aşkarlanaraq cəzalandırılmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR