Bank Of Baku

Hindistanın Mumbai şəhərində baş verən terror aksiyaları nəticəsində 101 nəfər ölüb - FOTOSESSİYA

Hindistanın Mumbai şəhərində baş verən terror aksiyaları nəticəsində 101 nəfər ölüb - <font color=red>FOTOSESSİYA</font>
# 27 noyabr 2008 07:46 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, terrorçular “Oberoy” və “Tac Mahal” adlı otellərə, “Leopold’s” restoranına, “Chhatrapati Shivaji Terminus” dəmir yolu vağzalına, kinoteatra, xəstəxanaya və polis məntəqələrinə hücum ediblər. İlkin informasiyalara əsasən 101 nəfər həlak olub, 287 nəfər yaralanıb. Ölənlər arasında azı 6 xarici ölkə vətəndaşının və 12 polis işçisinin, o cümlədən Maharaşti əyalətinin polis idarəsinin terrorçuluqla mübarizə şöbəsinin rəisi Hemant Karkarenin də olduğu bildirilir. Yaponiya Xarici İşlər Nazirliyi 1 ölkə vətəndaşının öldüyünü, 1-nin də ağır yaralandığını təsdiqləyib. Hazırda xüsusi təyinatlılar “Tac Mahal” otelindəki terrorçuları zərrəsizləşdirmək üçün əməliyyat keçirirlər. Oteldə yanğın başladığı, bir qədər sonra söndürüldüyü xəbər verilir. Burada 3 terrorçu məhv edilsə də, silahlı qrupun müqaviməti davam edir. “Oberoy” oteli də hərbçilər tərəfindən mühasirəyə alınıb. Otel otaqlarında onlarla adam qalıb. “Traydent” otelində də atəş səsləri eşidilir. Şəhərdəki çoxmərtəbəli binadakı bir mənzildə İsraildən olan ailə - yəhudi din adamı, onun həyat yoldaşı və 2 övladı girov götürülüb. “CNN Türk” telekanalına açıqlama verən Əlican Müəzzinoğlu adlı Türkiyə vətəndaşı Hindistanda olan valideynlərinin girov götürüldüyünü söyləyib: “Onlarla telefon əlaqəsi saxladım. Hər hansı problemləri yoxdur. Terrorçular müsəlman olduqlarını öyrəndikdən sonra onlarla normal davranıb”.
Terror aksiyalarına görə məsuliyyəti indiyədək məlum olmayan “Dekkan mücahidləri” adlı təşkilat öz üzərinə götürüb. Terror aksiyasının səbəbləri hələlik bəlli deyil. Şahidlər terrorçuların otellərdə ABŞ və İngiltərə vətəndaşlarını hədəf aldıqlarını deyiblər. Rakel Patel adlı şahid terrorçuların “kimin Amerika və ya ingilis pasportu var?” deyə qışqırdıqlarını söyləyib.
Son məlumatlara görə, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində 4 terrorçu öldürülüb, 9-u isə yaxalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR