Bank Of Baku

Bənazir Bhutto ölümündən sonra BMT-nin insan haqları mükafatına layiq görülüb

Bənazir Bhutto ölümündən sonra BMT-nin insan haqları mükafatına layiq görülüb
# 27 noyabr 2008 08:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. BMT Baş Assambleyasının 63-cü sessiyasının sədri Miqel d’Eskato Brokman təşkilatın insan haqları mükafatının 7 laureatının adlarını açıqlayıb. APA-nın məlumatına görə, Pakistanın sabiq baş naziri, mərhum Bənazir Bhutto və amerikalı rahibə-missioner Doroti Stanq bu yüksək mükafata ölümlərindən sonra layiq görülüblər. Digər laureatlar BMT-nin insan haqları üzrə keçmiş ali komissarı Luiza Arbur, amerikalı siyasətçi və hüquq müdafiəçisi, Səddam Hüseynin vəkili olmuş Ramsey Klark, Yamaykada insan haqlarının qorunması sahəsində mübarizə aparan Karolin Qomes, Konqonun Bukavu şəhərindəki hospitalın direktoru Denis Mukveqe və “Human Rights Watch” qeyri-hökumət təşkilatısır. Mükafatlar dekabrın 10-da Baş Assambleyanın Ümumdünya İnsan Haqları Bəyannaməsinin qəbulunun 60 illiyinə həsr olunmuş iclasında təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR