Bank Of Baku

Hindistanda terrorçuların girov götürdüyü şəxslər arasında Avropa Parlamentinin iki deputatı da var

Hindistanda terrorçuların girov götürdüyü şəxslər arasında Avropa Parlamentinin iki deputatı da var
# 27 noyabr 2008 11:06 (UTC +04:00)
Mumbai – APA. Hindistanın Mumbai şəhərindəki “Oberoy” otelində terrorçuların girov götürdüyü şəxslər arasında Avropa Parlamentinin iki deputatı da var. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, deputatların biri Böyük Britaniyadan, digəri isə Polşadandır. Onlar Avropa Birliyi-Hindistan sammitində iştirak etmək məqsədilə bu ölkəyə gəliblər. Terrorçular Hindistan həbsxanalarında saxlanılan bütün “mücahidlər”in sərbəst buraxılmasını tələb edirlər.
Terrorçuların ələ keçirdiyi digər mehmanxana - “Tac Mahal”da isə əməliyyat başa çatıb. Hind polisi girovluqdakı şəxsləri azad edib. Otaqlara baxış keçirilərkən 40 meyit tapılıb. Əməliyyat zamanı 4 terrorçu-kamikadze məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR