Bank Of Baku

İranda başqasını kor edən şəxs məhkəmənin qərarı ilə eyni aqibəti yaşayacaq

İranda başqasını kor edən şəxs məhkəmənin qərarı ilə eyni aqibəti yaşayacaq
# 27 noyabr 2008 13:51 (UTC +04:00)
Tehran – APA. İranda evlənmə təklifini rədd edən qızın üzünə sirkə turşusu ataraq gözlərini kor edən bir kişi məhkəmənin qərarı ilə eyni aqibətə məhkum olunub. APA-nın İranda nəşr olunan “Etimadi Milli” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə 2004-cü ildə baş verib. Məcid adlı bir nəfər Əminə adlı qıza dəfələrlə evlənmə təklif edib və rədd cavabı alıb. Bir gün Əminə işdən evə dönərkən Məcid onun qarşısını kəsərək sifətinə sirkə turşusu atıb. Ağır yaralanan Əminə cərrahiyyə əməliyyatı üçün İspaniyaya getsə də, onun gözlərini xilas etmək mümkün olmayıb. Əminə İrana qayıtdıqdan sonra Məcidi məhkəməyə verib. Məhkəmə qanunun islam hüququndakı “törədilən cinayətə verilən ədalətli cavab” hökmünə əsaslanan “qisas” maddəsinə uyğun olaraq başqasını kor edən şəxsin də eyni aqibəti yaşamasına qərar verib. Hərəkətindən peşman olmadığını deyən Məcid isə bildirib: “Sonsuza qədər mənim olması üçün üzünə turşu atdım. Turşunun təsirinin bu dərəcədə olacağını bilmirdim”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR