Bank Of Baku

Ürəyi və qaraciyəri bədəninin bayır hissəsində yerləşən qız doğulub - FOTO

Ürəyi və qaraciyəri bədəninin bayır hissəsində yerləşən qız doğulub - <font color=red>FOTO</font>
# 28 noyabr 2008 17:10 (UTC +04:00)
Siliqurio - APA. Hindistanda daxili orqanlarının bir hissəsi çöldə olan qız doğulub. APA-nın məlumatına görə, cərrahlar uşağın normal vəziyyətə gətirilməsi üçün plan hazırlayırlar. Beş gün əvvəl Hindistanın Siliqurio şəhərinin Benqal Tibb Kollecinin klinikasında dünyaya gəlmiş qız uşağının ürəyi və qara ciyərinin bir hissəsi bədənin bayır hissəsində yerləşir.

Klinikanın həkimləri körpənin orqanlarının normal anatomik vəziyyətə gətirilməsinin inandırıcı olmadığını bildirməklə yanaşı, buna nail olmaq üçün bütün mümkün variantlara əl atacaqlarını söyləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Çində də analoji hadisə qeydə alınıb. Orada ürəyi qarnının dərisinin altında olan oğlan dünyaya gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR