Bank Of Baku

Mumbaidə keçirilən antiterror əməliyyatları başa çatıb

Mumbaidə keçirilən antiterror əməliyyatları başa çatıb
# 29 noyabr 2008 07:37 (UTC +04:00)
APA-nın «France Press» Agentliyinə istinadən verdiyi məlumata görə, bunu şəhər polisinin rəisi Həssan Qafur bildirib: «Əməliyyatlar başa çatıb, bütün terrorçular məhv edilib».
H.Qafur həmçinin qeyd edib ki, antiterror əməliyyatlarının son mərhələsində üç terrorçu məhv edilib. Qeyd edək ki, bundan öncə xüsusi təyinatlıların iki terrorçu öldürdüyü bildirilirdi.
Ümumilikdə, «Tac Mahal» oteli girov götürülən andan keçirilən əməliyyatlar 59 saat davam edib. Son məlumatlara əsasən, «Dekkan mücahidləri» təşkilatına aid edilən terrorçuların Mumbai şəhərində törətdikləri terror aksiyaları nəticəsində 155 nəfər həlak olub, 370 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ölənlər arasında ən azı 21 əcnəbinin, o cümlədən beş ABŞ, beş İsrail, iki Fransa, iki Avstraliya, həmçinin bir Almaniya, Sinqapur, Böyük Britaniya, Yaponiya, İtaliya, Kanada və Tailand vətəndaşlarının olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR