Bank Of Baku

Terrorçuların Mumbaiyə hücumları nəticəsində ölənlərin sayı 195-ə çatıb

Terrorçuların Mumbaiyə hücumları nəticəsində ölənlərin sayı 195-ə çatıb
# 29 noyabr 2008 08:56 (UTC +04:00)
APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, son rəqəmi Hindistan rəsmiləri şənbə günü açıqlayıblar. Açıqlamada terror aktları nəticəsində yaralananların sayının 295 nəfər olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəlki məlumatlarda ölənlərin sayının 155, yaralıların sayının isə 370 olduğu açıqlanmışdı.

Noyabrın 29-da səhər tezdən son terrorçuların gizləndiyi “Tac Mahal” otelində antiterror əməliyyatı başa çatıb.

Xatırladaq ki, avtomat və qumbaralarla silahlanmış terrorçular noyabrın 26-da Mumbai şəhərinin müxtəlif yerlərinə eyni vaxtda hücumlar təşkil ediblər. Mehmanxana, dəmiryolu vağzalı, kinoteatr, şəhər xəstəxanası, yaşayış kvartalına hücum edən terrorçularının sayının 20, bəzi məlumatlarda isə 70 nəfər olduğu bildirilir. Terrorçuların bəzilərinin şəhərə qayıqlarla gəldiyi barədə məlumatlar var.

Onlar “Tac Mahal” və “Oberoy” mehmanxanalarında, həmçinin Yəhudi mərkəzində yüzlərlə adamı girov götürüblər. Girovların azad edilməsi və terrorçuların məhv edilməsi əməliyyatı 59 saat çəkib. Hindistan xüsusi təyinatlıları bir neçə terrorçunu məhv etməklə yanaşı, bir neçəsi də sağ ələ keçiriblər.

Əlavə edək ki, «Dekkan mücahidləri» təşkilatı terror aksiyasını öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR