Bank Of Baku

İran Qəndil dağını bombalayıb

İran Qəndil dağını bombalayıb
# 30 noyabr 2008 15:04 (UTC +04:00)
APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, məlumatı İraqın şimalındakı yönətimin rəsmilərindən olan Cabbar Yavər də təsdiqləyib.

C. Yavər deyib ki, noyabrın 29-dan axşam saatlarından başlayaraq İranın topçulardan ibarət hərbi birləşmələri Qəndil dağını bombalamağa başlayıb. Səlahiyyətlinin sözlərinə görə, İran-İraq sərhədindəki Pişdər bölgəsini ağır bombardmana məruz qoyandan sonra Piştaşan, Razqa, Maradu bölgələrini də atəşə tutmağa başlayıb. C. Yavər deyib ki, atəş hələ də davam edir.

Bombardman başlayandan sonra bölgədəki dinc əhalinin İraqın digər bölgələrinə qaçmağa başladıqları da bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR