Bank Of Baku

Tailand müxalifəti hökuməti binasının mühasirəsini dayandırıb

Tailand müxalifəti hökuməti binasının mühasirəsini dayandırıb
# 01 dekabr 2008 08:12 (UTC +04:00)
Banqkok-APA. Tailand müxalifəti hökumət binasının mühasirəsini dayandırdığını bəyan edib. APA-nın məlumatına görə, müxalifət qüvvələri bu gün səhərdən etibarən hökumət binasını tərk etməyə başlayıblar. Ərazini tərk edən aksiya iştirakçıları uzun müddətdən bəri nəzarətlərində saxladıqları Banqkok hava limanına doğru hərəkət edirlər. Müxalifət liderləri bəyan edib ki, hökumət binasının mühasirəsinin dayandırılması aksiya iştirakçılarının mövqeyinin yumşalması demək deyil: “Biz bu qərarı təhlükəsizlik səbəbilə qəbul etmişik. Aksiya keçirilən əraziyə aramsız olaraq əl qumbaraları atılır. Partlayışlar bir neçə nəfərin ölümünə səbəb olub. Bu səbəbdən hökumət binasının mühasirəsini dayandırmağa qərar verdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR