Bank Of Baku

Mumbai terrorçularının müsəlman məzarlığında dəfninə icazə verilməyib

Mumbai terrorçularının müsəlman məzarlığında dəfninə icazə verilməyib
# 01 dekabr 2008 13:57 (UTC +04:00)
Mumbai-APA. Mumbaidə müsəlman məzarlığının sahibi olan Muslim Jama Masjid fondunun rəhbərliyi doqquz terrorçunun öz ərazisində dəfninə icazə verməyib. APA-nın məlumatına görə, fondun nümayəndəsi bildirib ki, terrorçular imanlı müsəlmanlar olmayıblar: “Bu cür iyrənc cinayət törədən şəxslər müsəlman ola bilməzlər”. Hazırda doqquz terrorçunun cəsədi şəhər ölüxanasında saxlanır. Qaydalara əsasən, sahibi tapılmayan cəsədlər yaxınlıqdakı müsəlman məzarlığında dəfn olunmalıdır. Mumbaidə daha yeddi müsəlman məzarlığı olsa da, fondun qərarından sonra həmin məzarlıqların sahiblərinin də terrorçuları öz ərazilərində dəfn etməyə icazə verməyəcəyi güman olunur. Qeyd edək ki, Mumbaidə törədilən irimiqyaslı terror aktı 174 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR