Bank Of Baku

Terrorçu Azam Əmir Kasab Mumbaidə törətdikləri terror aktlarının təfərrüatlarını açıqlayıb

Terrorçu Azam Əmir Kasab Mumbaidə törətdikləri terror aktlarının təfərrüatlarını açıqlayıb
# 01 dekabr 2008 15:23 (UTC +04:00)
APA-nın məlumatına görə, terrorçu polislərə hücumu planlaşdırmağa kömək edən beş sakinin adını verib. Mumbai polisi yerli sakinlərin terrorçulara aksiya törədilən obyektlər, infrastruktur, polis idarələri haqqında məlumat toplamaqda kömək edib. Terrorçunun ifadələri yoxlandıqdan sonra adları çəkilən yerli sakinlər haqqında müvafiq tədbirlər görüləcək.

Azam Əmir Kasab həmçinin terror hücumları zamanı Hindistanın maliyyə mərkəzində yaşayan yəhudilərin hədəfə götürüldüyünü vurğulayıb. Lakin həlak olan 174 nəfərdən yalnız 5-nin İsrail vətəndaşı olması terrorçunun ifadələrinə şübhə doğurub. Terrorçunun həmçinin ABŞ və Böyük Britaniya vətəndaşlarının hədəfə götürüldüyü barədə fikirləri də polis orqanları tərəfindən real qəbul olunmur. Onlar həlak olanlar arasında Hindistan vətəndaşlarının çoxluq təşkil etdiyinə diqqət çəkərək Azam Əmir Kasabın diqqəti əsas hədəfdən yayındırmağa çalışdığını iddia edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR