Bank Of Baku

Hindistan Mumbaidəki terror aktları ilə əlaqədar Pakistana nota verib

Hindistan Mumbaidəki terror aktları ilə əlaqədar Pakistana nota verib
# 01 dekabr 2008 16:49 (UTC +04:00)
Dehli-APA. Hindistan hökuməti Mumbai şəhərində baş verən terror aktlar ilə əlaqədar Pakistana etiraz notası verib. APA-nın məlumatına görə, Pakistanın Hindistandakı səfiri Şahid Malikə təqdim olunan notada bildirilir ki, “İslamabad özünün yaratdığı terror dalğasının kökünü kəsə bilmir və ya bunu istəmir”. Hindistan Xarici İşlər Nazirliyindən qeyd ediblər ki, Pakistana nota verilməsinin səbəbi Mumbaidə terror aktlarını törədən şəxslərin bu ölkənin vətəndaşları olmasıdır. Qeyd edək ki, Hindistanın maliyyə mərkəzi olan Mumbaidə 3 gün ərzində törədilən terror aktlarında 174 nəfər dünyasını dəyişib, yüzlərlə insan yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR