Bank Of Baku

Hindistanda sərnişin qatarı partladılıb, ölən və yaralananlar var

Hindistanda sərnişin qatarı partladılıb, ölən və yaralananlar var
# 02 dekabr 2008 08:00 (UTC +04:00)
Dehli-APA. Hindistanın şimal-şərqində sərnişin qatarının partladılması nəticəsində ən azı 2 nəfər ölüb, 30 nəfər yaralanıb. APA-nın məlumatına görə, partlayış Assam ştatının paytaxtı Difu şəhərindən 300 kilometr cənubda baş verib. Hüquq-mühafizə orqanları yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirir.
Qeyd edək ki, Assam ştatı Hindistanın ən qeyri-stabil bölgələrindən sayılır. Oktyabr ayında bu ştat ərazisində həyata keçirilən terror aktları 80 insanın həyatına son qoyub. 1996-cı ildə Assam ştatında qatarın partladılması nəticəsində 300 nəfər dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR