Bank Of Baku

Amerikalı ekspertlər: “Mumbaidə törədilən terror aktlarında 10 deyil, 23 terrorçu iştirak edib”

Amerikalı ekspertlər: “Mumbaidə törədilən terror aktlarında 10 deyil, 23 terrorçu iştirak edib”
# 05 dekabr 2008 08:24 (UTC +04:00)
Vaşinqton-APA. Mumbaidə terror aktları törətmiş şəxslərin bir qismi şəhəri tərk etməyə müvəffəq olub. APA-nın məlumatına görə, bu fikirləri terrorçu təşkilatların fəaliyyəti üzrə mütəxəssis, uzun illər Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etmiş Fərhanə Əli söyləyib. Vaşinqtonda mətbuat konfransı keçirən Fərhanə Əli bildirib ki, Mumbai aksiyasında rəsmi Dehlinin iddia etdiyi kimi 10 deyil, 23 terrorçu iştirak edib və terrorçuların əksəriyyəti aksiyadan sonra şəhəri tərk ediblər. Fərhanə Əli bu informasiyanı haradan aldığına aydınlıq gətirməyib. Mətbuat konfransında çıxış edən ABŞ dövlət katibinin terrorçuluğa qarşı mübarizə məsələləri üzrə sabiq müşaviri Devid Kilkullin də bu iddianı təsdiqləyib. O bildirib ki, Hindistan hökuməti terror aksiyasında nə qədər şəxsin iştirak etməsini yalnız öldürülən və həbs olunan şəxslərin sayına görə müəyyənləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR