Bank Of Baku

İranda həbs olunan azərbaycanlı qadın jurnalistin hüquqlarını müdafiə komitəsi yaradılıb

İranda həbs olunan azərbaycanlı qadın jurnalistin hüquqlarını müdafiə komitəsi yaradılıb
# 05 dekabr 2008 14:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İrandakı azərbaycanlıların hüquqlarının uğrunda hərəkatın fəallarından olan jurnalist Şahnaz Qulaminin müdafiəsi məqsədilə təşkilat yaradılıb. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu təşəbbüslə xarici ölkələrdə yaşayan bir qrup azərbaycanlı çıxış edib. İnsafəli Hidayət (Kanada), Fərəhruz Rəncbər (Malmö, İsveç), Şahin Ostajlu (Danimarka), Şahrux Məzhəri (İngiltərə), Babək Azəri (Stokholm, İsveç), Əsəd Sadeqi (Stokholm, İsveç), Manaf Səbəbinin (Lund, İsveç) təşkilatçılığı ilə yaradılan Şahnaz Qulaminin Hüquqlarını Müdafiəsi Təşkilatının açıqladığı bəyanatda isə bildirilib ki, azərbaycanlı hüquq müdafiəçisi bu il noyabrın 9-da İran İnformasiya Nazirliyinin (ETEAALAT) əməkdaşları tərəfindən həbs olunub. Noyabrın 22-də isə Təbriz həbsxanasına köçürülüb.

Qeyd edək ki, Ş. Qulami Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılıb. Ş. Qulami “azarwomen” internet saytının təsisçisi və İranda Qadın Jurnalistlər Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR