Bank Of Baku

İran müdafiə nazirinin müavininin ailə üzvləri onu MOSSAD-ın oğurladığını iddia edirlər

İran müdafiə nazirinin müavininin ailə üzvləri onu MOSSAD-ın oğurladığını iddia edirlər
# 10 dekabr 2008 07:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İran müdafiə nazirinin keçmiş müavini Əlirza Əsgərinin ailə üzvləri və qohumları Türkiyənin İrandakı səfirliyi qarşısında aksiya keçiriblər. APA-nın İranın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada 2 il öncə Türkiyədə itkin düşmüş Ə. Əsgərinin tapılması istiqamətində tədbir görülməsi tələb olunub. Ə. Əsgərinin həyat yoldaşı Ziba Əhmədi İran KİV-lərinə açıqlamasında deyib ki, əri Türkiyədə İsrail xüsusi xidmət orqanları tərəfindən oğurlanıb. Hadisəyə görə isə Türkiyə dövləti məsuliyyət daşıyır. Aksiya iştirakçıları iddia ediblər ki, Ə. Əsgəri Türkiyədə oğurlanaraq, məxfi şəkildə İsrailə aparılıb və hazırda MOSSAD-ın təcridxanalarının birində saxlanılır.

Qeyd edək ki, Ə. Əsgəri 2 il öncə Türkiyədə səfərdə olarkən itkin düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR