Bank Of Baku

ABŞ aviasiyasının Əfqanıstanda səhvən endirdiyi raket zərbəsi çoxlu sayda mülki şəxsin ölümünə səbəb olub

ABŞ aviasiyasının Əfqanıstanda səhvən endirdiyi raket zərbəsi çoxlu sayda mülki şəxsin ölümünə səbəb olub
# 10 dekabr 2008 12:05 (UTC +04:00)
Kabul-APA. ABŞ aviasiyasının Kalat rayonuna səhvən raket zərbəsi endirməsi nəticəsində 6 əfqan polisi və bir mülki şəxs ölüb, çoxlu sayda insan isə yaralanıb. APA-nın məlumatına görə, Zabul vilayətinin polis rəisi Qulam Geylani Xan ABŞ təyyarələrinin “Taliban” döyüşçülərinə qarşı əməliyyat keçirdiyini və səhvən əfqan polis postuna atəş açdığını bildirib. ABŞ hərbi komandanlığı isə əfqan polislərin əməliyyatlarda amerikalı əsgərlərə atəş açdığını, bu səbəbdən posta zərbə endirildiyini bəyan edib. Məlumata görə, ABŞ xüsusi təyinatlı dəstələri Kalat şəhəri yaxınlığında kiçik kənddə əməliyyat keçiriblər. Əməliyyat barədə əfqan tərəfə məlumat verilmədiyinə görə, polislərlə amerikalı hərbçilər arasında atışma baş verib və nəticədə ABŞ aviasiyası polis postuna zərbə endirmək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR