Bank Of Baku

İranda 6 nəfər edam olunub

İranda 6 nəfər edam olunub
# 10 dekabr 2008 14:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda 6 məhkum edam olunub. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, edam hökmü həbsxanada icra edilib. Edam edilənlərdən 3-ü Zahidan, digər 3 nəfəri isə Çaharmahal şəhərlərinin cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlar olub. Edam mərasimi qapalı şəraitdə aparılıb və bu şəxslərin hansı cinayətləri törətdikləri açıqlanmayıb.

Qeyd edək ki, İran rəsmi orqanlarının açıqlamasına əsasən son 1 il ərzində bu ölkədə məhkəmələrin qərarı ilə 370 nəfər edam olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR