Bank Of Baku

İranda fahişəlik təbliğ etdiyi iddiası ilə tanışlıq saytının fəaliyyəti dayandırılıb

İranda fahişəlik təbliğ etdiyi iddiası ilə tanışlıq saytının fəaliyyəti dayandırılıb
# 11 dekabr 2008 14:44 (UTC +04:00)
Tehran-APA. İran dini dairələrinin təkidi ilə ölkənin populyar “Hamsarchat.com” tanışlıq saytının fəaliyyəti dayandırılıb. APA-nın məlumatına görə, saytın bağlanmasının rəsmi səbəbi olaraq saytda fahişəliyin təbliğ olunduğu göstərilir. Məhkəmə bu fəaliyyətinə görə saytın sahiblərini cərimə edib və müştərilərdən alınan pulları geri qaytarmaq barədə qərar çıxarıb. Sayt hər kəsdən potensial rəfiqə ilə tanışlıq üçün 2,5 dollar pul alırmış. Qeyd edək ki, yalnız İran ərazisində sayta girişə qadağa qoyulub. Digər ölkələrdən isə sayta sərbəst şəkildə daxil olmaq mümkündür. Qeyd edək ki, ötən ay İran hökuməti 5 milyon saytın fəaliyyətinə qadağa qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR