Bank Of Baku

Nepalda məktəbli avtobusunun körpüdən aşması nəticəsində 22 uşaq ölüb, 57 uşaq yaralanıb

Nepalda məktəbli avtobusunun körpüdən aşması nəticəsində 22 uşaq ölüb, 57 uşaq yaralanıb
# 12 dekabr 2008 08:11 (UTC +04:00)
Katmandu-APA. Nepalın cənubunda dəhşətli yol qəzası baş verib. APA-nın məlumatına görə, məktəbliləri ekskursiyadan evə avtobusun körpüdən aşması nəticəsində ən azı 22 uşaq ölüb, 57 nəfər yaralanıb. Avtobusun qəzaya uğramasının səbəbləri məlum deyil. Hadisə yerində araşdırma aparılır. Qeyd edək ki, analoji hadisələr Nepalda tez-tez baş verir. Qəzaların əksəriyyəti sürücülərin günahından deyil, istifadədə çoxlu sayda yararsız avtomobilin olması səbəbilə baş verib. Nepal dünyanın ən kasıb ölkələrindən biri olduğuna görə, dövlət ölkəyə yeni avtobuslar almağa vəsait tapmır. Bu səbəbdən ölkə daxilində əksər avtobuslar istifadə müddəti bitdikdən sonra da kosmetik təmirdən sonra xəttə buraxılır. Bu isə çoxsaylı insan ölümü ilə nəticələnən qəzalara səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR