Bank Of Baku

Hindistanda 2 hektar ərazidə “erməni ərik bağı” salınacaq

Hindistanda 2 hektar ərazidə “erməni ərik bağı” salınacaq
# 12 dekabr 2008 08:36 (UTC +04:00)
Dehli-APA. Gələn ilin yazında Hindistanda 2 hektar ərazidə “erməni ərik bağı” salınacaq. APA-nın məlumatına görə, bununla bağlı Ermənistan Kənd Təsərrüfatı Nazirliyi ilə Hindistanın müvafiq qurumları arasında razılaşma ötən həftə başa çatan Ermənistan-Hindistan biznes forumunda əldə olunub. Ermənistan kənd təsərrüfatı nazirinin birinci müavini Samvel Avetisyan bu ilin yazında Hindistana mütəxəssis göndərdiklərini bildirib. Ölkənin iqlim xüsusiyyətlərini araşdıran erməni mütəxəssisi “erməni ərik bağı”nın salınması üçün Kəşmir ərazisinin daha uyğun olduğu qənaətinə gəlib. İki ölkənin dostluq münasibətlərinin simvolizə edən ərik bağları bundan əvvəl Çin (5 hektar) və Suriya (2 hektar) ərazisində də salınıb. Qeyd edək ki, meyvə bağlarının da milliyyətinin olmasını “erməni xalqı” kəşf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR