Bank Of Baku

İranda pantürkist fəaliyyətdə ittiham olunan azərbaycanlı tələbə 5 il müddətinə azadlıqdan məhrum edilib

İranda pantürkist fəaliyyətdə ittiham olunan azərbaycanlı tələbə 5 il müddətinə azadlıqdan məhrum edilib
# 12 dekabr 2008 13:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İran məhkəməsi Ərdəbilin Pəyami-Nur Universitetinin azərbaycanlı tələbəsi Əsgər Əkbərzadəni pantürkist və milli-ayrıseçkilik fəaliyyətlərində ittiham edərək 5 il müddətinə azadlıqdan məhrum edib. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, məhkəmənin digər qərarı ilə isə Ə. Əkbərzadə cəzasını çəkmək üçün İranın şərqində yerləşən Zahidan şəhər həbsxanasına göndərilib. Qapalı keçirilən məhkəmə iclasında Ə. Əkbərzadənin vəkilinin, hüquq müdafiəçilərinin və ailə üzvlərinin iştirakına icazə verilməyib. Qeyd edək ki, Ə. Əkbərzadə 2006-cı ildə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərci ilə bağlı etiraz aksiyalarında iştirakına görə, dörd ay həbsdə yatıb. O, aksiyalara çağıran vərəqələr yaydığına görə 600 min İran tüməni həcmində cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR