Bank Of Baku

Tailandda keçirilən parlament seçkilərində müxalifət qalib gəlib

Tailandda keçirilən parlament seçkilərində müxalifət qalib gəlib
# 15 dekabr 2008 07:46 (UTC +04:00)
Bankqoq-APA. Tailandda keçirilən prezident seçkilərində müxalifət qalib gəlib. APA-nın məlumatına görə, müxalifət lideri Abxizit Veydjaciva seçkilərin yekunlarına uyğun olaraq parlament səsverməsində baş nazir seçilib. Səsvermədə 235 deputat müxalifət liderinin, 198 deputat isə sabiq hakim partiyanın dəstəklədiyi Praça Promnoqaya səs veriblər.
Qeyd edək ki, ölkənin sabiq baş naziri Soçnat Vonqsavat Konstitusiya Məhkəməsinin qərarı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb. Baş nazirin lideri olduğu Xalq Hakimiyyəti Partiyasının fəaliyyəti də Konstitusiya Məhkəməsi tərəfindən qadağan edilib. Məhkəmə sentyabrda daha bir baş nazir – Samak Suntaravetin vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul etmişdi. Hər iki baş nazir 2006-cı ildə hərbi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılmış Taksin Çinavatın ideyalarını müdafiə etməkdə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR