Bank Of Baku

Türkmənistandakı parlament seçkilərində seçicilərin 94 faizi iştirak edib

Türkmənistandakı parlament seçkilərində seçicilərin 94 faizi iştirak edib
# 15 dekabr 2008 09:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dekabrın 14-də Türkmənistanda parlament seçkiləri keçirilib. APA-nın Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 125 seçki dairəsinin 2118 seçki məntəqəsində keçirilən səsvermədə 2 milyon 594 min 658 nəfər iştirak edib. Bu, elektoratın 93,87 faizini təşkil edir. Birmandatlı sistemlə keçirilən seçkilərdə 288 namizəd mübarizə aparıb. MSK seçkiləri baş tutmuş elan edib. Seçkiləri 200 yerli müşahidəçi ilə yanaşı, ilk dəfə olaraq beynəlxalq müşahidəçilər də izləyib. BMT, ATƏT və MDB-ni 50-dən yuxarı müşahidəçi təmsil edib. Xarici ölkələrdəki diplomatik missiyalarda, o cümlədən Azərbaycanda 27 seçki məntəqəsi yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR