Bank Of Baku

Avropa İttifaqının bütün ölkələri 112 saylı vahid fövqəladə çağırış xidmətinə qoşulub

Avropa İttifaqının bütün ölkələri 112 saylı vahid fövqəladə çağırış xidmətinə qoşulub
# 15 dekabr 2008 13:38 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa İttifaqına daxil olan bütün ölkələr 112 saylı fövqəladə çağırış nömrəsindən istifadə edə biləcək. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, Avropa Komissiyasının nümayəndəsi Martin Selmeyr keçirdiyi brifinqdə bildirib ki, bu yaxınlara qədər Aİ ölkələrindən yalnız Bolqarıstan və Rumıniyanın 112 saylı fövqəladə çağırış sisteminə qoşulmayıb. Bu gündən etibarən həmin ölkələrin mobil və kabel xətti telefonları ittifaqın vahid fövqəladə çağırış sisteminə qoşulublar. Bununla da Avropa Komissiyasının 112 saylı çağırış xəttinə qoşulmayan ölkələrə qarşı Aİ qanunvericiliyinin pozulması ilə bağlı başladığı prosedura xitam verilib.

Qeyd edək ki, 112 saylı fövqəladə çağırış nömrəsi milli fövqəladə çağırış nömrələrini əvəzləməyəcək. Bu nömrənin xidmətlərindən əsasən Aİ ölkələrin səfər edən vətəndaşlar istifadə edə biləcəklər. Qeyd edək ki, 112 saylı fövqəladə çağırış xidməti Avropa İttifaqında 1991-ci ildən tətbiq olunur, 1998-ci ildən bütün mobil operatorların həmin mobil operatora qoşulması məcburi xarakter daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR