Bank Of Baku

İsrail 227 fələstinli məhkumu azadlığa buraxıb

İsrail 227 fələstinli məhkumu azadlığa buraxıb
# 15 dekabr 2008 13:42 (UTC +04:00)
Tel-Əviv – APA. İsrail hökuməti xoş məramlı addım olaraq həbsxanalardakı 227 fələstinli məhkumu azadlığa buraxıb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, həmin şəxslərin heç biri terror aksiyası törətməkdə ittiham olunmur.

Qeyd edək ki, fələstinliləri azad etmək barədə razılıq noyabr ayında İsrailin baş naziri Exud Olmert və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas arasındakı danışıqlarda əldə olunub. İsrail avqust ayında da 200-ə yaxın fələstinlini azadlığa buraxıb. Amma bu ölkə həbsxanalarında hələ də 11 minə yaxın fələstinli saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR