Bank Of Baku

İraqlı hüquq müdafiəçiləri Donald Ramsfeldə qarşı məhkəmə iddiası qaldırıblar

İraqlı hüquq müdafiəçiləri Donald Ramsfeldə qarşı məhkəmə iddiası qaldırıblar
# 15 dekabr 2008 15:02 (UTC +04:00)
Bağdad-APA. İraq hüquq-müdafiə təşkilatları Pentaqonun sabiq rəhbəri Donald Ramsfeld və ABŞ mühafizə şirkətlərinə qarşı 200 məhkəmə iddiası qaldırıblar. APA-nın məlumatına görə, “İraqda Amerika təcavüzünün qurbanları cəmiyyəti” iddia ərizələrini Virciniya, Miçiqan və Merilend federal məhkəmələrinə təqdim edib. Hüquq mühafizəçiləri amerikalı hərbçiləri iraqlı məhbuslara işgəncə verməkdə və onların hüquqlarını pozmaqda ittiham edirlər. Artıq 30-a qədər iddia ərizəsini icraata qəbul ediblər. Digər ərizələrlə bağlı hələlik qərar qəbul edilməyib. Hüquq-mühafizə təşkilatının nümayəndəsi bildirib ki, işgəncə qurbanları kompensasiya almaq hüququna malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR