Bank Of Baku

ABŞ prezidentinə ayaqqabı atmış iraqlı jurnalistin hüquqlarını Səddam Hüseynin vəkili müdafiə edəcək

ABŞ prezidentinə ayaqqabı atmış iraqlı jurnalistin hüquqlarını Səddam Hüseynin vəkili müdafiə edəcək
# 15 dekabr 2008 15:13 (UTC +04:00)
Bağdad-APA. ABŞ prezidenti Corc Buşa ayaqqabı atan iraqlı jurnalist Müntəzir əl-Zeydinin hüquqlarını sabiq prezident Səddam Hüseynin vəkili Xəlil əl-Düleymi qoruyacaq. APA-nın məlumatına görə, əl-Düleymi hazırda jurnalistin məhkəmədə hüquqlarını qoruyacaq vəkillər korpusunu formalaşdırmaqda olduğunu deyib: “Hazırda İraq və digər ölkələrdən olan 300-ə yaxın vəkil əl-Zeydinin hüquqlarını pulsuz müdafiə etməyə hazır olduqlarını bəyan ediblər. Müdafiə edəcəyim şəxsin hərəkətini müsbət qiymətləndirirəm. İraq və Əfqanıstanda 2 milyon insanı qətlə yetirmiş cinayətkar Buşun etdikləri müqabilində adi iraqının bu hərəkəti çox azdır”. İraq hakimiyyət orqanlarının Müntəzir Əl-Zeydini hansı cinayətdə ittiham etdiyi məlum deyil. Qeyd edək ki, Bağdadda səfərdə olan Corc Buşun baş nazir əl-Maliki ilə birlikdə keçirdiyi mətbuat konfransında insident baş verib. Misirin “Əl-Bağdadiyyə” telekanalının İraqdakı müxbiri Müntəzir əl-Zeydi ayaqqabılarını çıxararaq ABŞ prezidentinə doğru atıb. “Bu, sənin üçün vida öpüşüdür, it oğlu” deyə qışqıran müxbir dərhal mühafizəçilər tərəfindən zaldan çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR