Bank Of Baku

İsraildə avtobusun uçuruma yuvarlanması nəticəsində ən azı 24 Rusiya vətəndaşı ölüb

İsraildə avtobusun uçuruma yuvarlanması nəticəsində ən azı 24 Rusiya vətəndaşı ölüb
# 17 dekabr 2008 07:27 (UTC +04:00)
APA-nın məlumatına görə, ölənlərin əksəriyyəti Rusiya turist firmalarının əməkdaşlarıdır. İsrail xilasetmə xidmətinin məlumatına görə isə qəzada 22 kişi və 3 qadın ölüb. Ümumilikdə avtobusda 49 Rusiya və 2 İsrail vətəndaşı olub. Sankt-Peterburqdan gələn turistlərin olduğu avtobusun qəzaya uğramasına səbəb israilli sürücülərin dolama yollarda yarışa çıxmasıdır. İsrailin nəqliyyat naziri Şaul Mofaz bildirib ki, iki avtobus sürücüsü son məntəqəyə kimin tez çatacağı barədə mərc gəlib və dolama yollarda yarışa giriblər. Sürücülərdən birinin sürəti tənzimləyə bilməməsi nəticəsində avtobus yoldan çıxaraq 80 metr dərinliyində uçuruma yuvarlanıb. Turistlərin Qırmızı dəniz sahilindəki kurort mərkəzinə getdiyi bildirilir. Qəzada yaralananlar vertolyotlarla müxtəlif şəhərlərin xəstəxanalarına çatdırılıb. Onların əksəriyyətinin vəziyyəti ağırdır.

Rusiya prezidenti Dmitri Medvedev qəzada vəfat edənlərin yaxınlarına başsağlığı verib. Prezidentin göstərişi ilə qəzada ölən və yaralananların valideynlərinin, xilasedici və psixoloqlar qrupunun, həmçinin zəruri tibbi avadanlığın İsrailə göndərilməsi üçün xüsusi təyyarə ayrılıb. Artıq Sankt-Peterburqdan havaya qalxan ilk təyyarə İsrailə çatıb. İkinci analoji reys bu səhər həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR