Bank Of Baku

Britaniya gələn ilin iyununa kimi İraqdan qoşunlarını çıxaracaq

Britaniya gələn ilin iyununa kimi İraqdan qoşunlarını çıxaracaq
# 17 dekabr 2008 10:49 (UTC +04:00)
London-APA. Britaniya qoşunları İraq ərazisini 2009-cu ilin ilk yarısında tərk edəcək. APA-nın məlumatına görə, bu barədə İraq və Böyük Britaniya baş nazirlərinin görüşündə razılıq əldə olunub. Böyük Britaniyanın baş naziri Qordon Braunun İraq səfəri bu gün başlayıb. Bu, britaniyalı baş nazirin İraqa sayca dördüncü səfəridir. Xatırladaq ki, dünən İraq hökuməti ölkədəki bütün xarici qoşunların gələn ilin iyununadək çıxarılması barədə qanun layihəsi hazırlayıb. Qanun layihəsində yalnız ABŞ qoşunlarının əvvəlcədən razılaşdırılmış qrafik üzrə ölkəni tərk etməsi nəzərdə tutulur. Digər xarici dövlətlərin qoşunları isə ölkəni yanvarın 1-dən etibarən tərk etməyə başlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR