Bank Of Baku

Kərkük parlamenti türk dilinə rəsmi dil statusu verilməsinə dair qərar qəbul edib

Kərkük parlamenti türk dilinə rəsmi dil statusu verilməsinə dair qərar qəbul edib
# 22 dekabr 2008 10:56 (UTC +04:00)
Kərkük-APA. Kərkük bölgə parlamenti Türk dilinin regionun rəsmi dillərindən biri olmasına dair qərar qəbul edib. APA-nın məlumatına görə, qərar parlamentdə təmsil olunan türkmən millət vəkillərinin təkidi ilə qəbul olunub. Qərara əsasən, bölgədə rəsmi yazışmalarda ərəb və kürd dili ilə yanaşı türk dilindən də istifadə olunacaq. Türkməneli bölgəsində regional statusa malik türk dilindən istifadə zamanı latın qrafikasından yararlanacaq. Artıq sabah Kərkükdə bu istiqamətdə ilk addım atılması planlaşdırılır. Kərkükdə valiliyin binasına türk dilində “Kərkük valiliyi” sözləri yazılmış lövhənin açılış mərasimi dekabrın 23-nə təyin olunub. Qeyd edək ki, bu, Osmanlı imperiyasının çöküşündən sonra İraq ərazisində türk dilinə rəsmi status verilməsinə dair ilk haldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR