BMT: İsrail Qəzza sektorunda son 40 ilin ən qanlı əməliyyatını həyata keçirib
29 dekabr 2008 13:29 (UTC +04:00)
APA-nın məlumatına görə, Qəzza zolağının bütün xəstəxanalarında ümumilikdə 2 min yaralını qəbul etmək imkanı var ki, bu da indiki şəraitdə çox azdır. Bundan başqa müalicə müəssisələrində tibbi ləvazimat və avadanlıq çatışmır.
Artıq Qəzza zolağında un ehtiyatlarının sona çatması səbəbilə çörəkxanalar fəaliyyətini dayandırmaq üzrədir. Hesabata əsasən, bölgədə neft məhsulları ehtiyatı da sona çatmaq üzrədir, bu səbəbdən elektrik enerjisinin verilməsində fasilələrə yaranır. Həlak olanların sayına dair rəsmi məlumatlar olmasa da, hesabatda bildirilir ki, baş verən hadisələr Fələstin ərazilərində son 40 ildə törədilmiş ən qanlı əməliyyatdır. BMT-nin Fələstin qaçqınları ilə iş üzrə agentliyinin nümayəndəsi Kristofer Qannes yaranmış durumu humanitar fəlakət kimi dəyərləndirib. Onun sözlərinə görə, İsrail sərhədləri bağladığına görə, BMT humanitar fəlakət zonasında olanlara lazımi tibbi yardım göstərə bilmir. BMT Təhlükəsizlik Şurası da İsrail hökumətini sərhədləri açmağa və Qəzza zolağına zəruri humanitar yardım göstərməyə çağırıb.

Asiya
Çində magistralın çökməsi nəticəsində 36 nəfər ölüb - YENİLƏNİB-1
07:40
2 may 2024
Çin ABŞ-ni Rusiya ilə ticarətə müdaxilə etməmək barədə xəbərdarlıq edib
06:50
2 may 2024
İndoneziyada Ruanq vulkanının püskürməsi nəticəsində 12 min sakin təxliyə edilib
05:57
2 may 2024
İran AEBA-nın 130 müfəttişinin ölkədə işləməsinə icazə verib
20:27
1 may 2024