İsrailin bombardmanları nəticəsində Qəzzada ölənlərin sayı 360-a çatıb
30 dekabr 2008 10:17 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İsrailin bombardmanları nəticəsində Fələstin Muxtariyyətinin Qəzza bölgəsində ölənlərin sayı 360-a çatıb. Bu barədə APA-ya BMT-nin Qəzzadakı humanitar missiyasının (UN UNRWA) nümayəndəsi Kristofer Qannes məlumat verib. O, vəziyyətin ağır olaraq qaldığını, amma humanitar yardımların gəlməyə davam etdiyini deyib. Təkcə bu gün qida və tibb ləvazimatları gətirən 32 yük maşını qəbul etdiklərini söyləyən K. Qannes xəstəxanaları dərmanla təchiz etdiklərini bildirib: “Dünən və bu gün 8 yük avtomobili ilə tibb ləvazimatları gətirilib. Görək, hadisələr necə inkişaf edəcək”. BMT təmsilçisi İsrailin Qəzzaya humanitar yardımların daşınmasına şərait yaratdığını da əlavə edib.
Asiya
Mahmud Abbas Ər-Riyadda fələstinli girovların məsələsini müzakirə edəcək
16:15
27 aprel 2024
Türkiyə xarici işlər naziri Qəzza üzrə Təmas Qrupunun toplantısında iştirak edəcək
14:43
27 aprel 2024
Hindistan sanksiyalara rəğmən Rusiyadan neft idxalını bərpa edib
10:02
27 aprel 2024
KİV: İsrail "Hizbullah"ın vacib simalarından biri məhv edib
09:46
27 aprel 2024