Bank Of Baku

Mahmud Əhmədinejat: “Qəzza zolağına hücumlar İsrail üçün sonun başlanğıcı olacaq”

Mahmud Əhmədinejat: “Qəzza zolağına hücumlar İsrail üçün sonun başlanğıcı olacaq”
# 30 dekabr 2008 11:20 (UTC +04:00)
Tehran – APA. İran prezidenti Mahmud Əhmədinejat İsrailin Qəzza zolağındakı fələstinlilərə hücumlarının bölgədə böyük dəyişikliklərə səbəb olacağını bəyan edib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, M. Əhmədinejat parlamentdəki çıxışında İsrailin uzun müddətdir Qəzzanı blokadada saxladığını, bölgə xalqına qida, dərman və tibbi ləvazimat göndərilməsini əngəllədiyini söyləyərək bunun insanlığa qarşı cinayət olduğunu bildirib. O, İsrailin günahsız insanları - uşaqları, qadınları, qocaları öldürməsini mədəniyyətsizlik adlandırıb: “İsraillə açıq və ya gizli əməkdaşlıq edənlərin hamısı cəhənnəmə gedəcək və xalqlar onları tarixin qaranlığına göməcək. Qəzza zolağına hücumlar İsrail üçün sonun başlanğıcı olacaq”.

M. Əhmədinejat fələstinlilərin mübarizəsini də yüksək qiymətləndirib: “Fələstinlilər indi cihad və şəhadət meydanında mübarizə aparırlar. Əslində bu, zəfər meydanıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR