Bank Of Baku

İsrail Qəzza zolağına qoşun yeritməyə hazırlaşır

İsrail Qəzza zolağına qoşun yeritməyə hazırlaşır
# 30 dekabr 2008 12:21 (UTC +04:00)
Qəzza-APA. İsrail Qəzza sektoruna qoşun yeritməyə hazırlaşır. APA-nın məlumatına görə, İsrail komandanlığının nümayəndəsi Avital Leybovits quru qoşunlarının tam hazırlıq vəziyyətinə gətirildiyini və Qəzza zolağına girmək üçün əmr gözlədiklərini bildirib. O, hələlik əməliyyatın havadan və gəmilərdən endirilən zərbələrlə davam etdirildiyini deyib. İsrailin baş naziri Ehud Olmert isə Qəzza zolağının bombalanmasının ilk addım olduğunu, bunun ardınca əməliyyatın daha geniş miqyas alacağını bildirib. O, “HAMAS” döyüşçülərində yüzlərlə raket olduğunu, İsrailə raket hücumu təhlükəsi aradan qalxana kimi əməliyyatın davam edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR