Bank Of Baku

İsrail aviasiyası gecə əməliyyatı zamanı “HAMAS”ın 30-dək obyektinə raket zərbəsi endirib

İsrail aviasiyası gecə əməliyyatı zamanı “HAMAS”ın 30-dək obyektinə raket zərbəsi endirib
# 05 yanvar 2009 09:51 (UTC +04:00)
Qəzza-APA. İsrail aviasiyasının gecə ərzində Qəzza zolağının bombardman etməsi nəticəsində “HAMAS”a məxsus 30-dan artıq hədəf məhv edilib. APA-nın məlumatına görə, bu barədə ordu komandanlığı rəsmi açıqlama yayıb. “France Presse” agentliyi isə gecə ərzində 130 obyektə havadan zərbə endirildiyini bildirir. İsrail ordu komandanlığının nümayəndəsi gecə əməliyyatı zamanı İsrail ordusunun 5 əsgər və 1 zabitinin yaralandığını bildirir. Bundan başqa İsraildən olan mütəxəssislər “HAMAS” telekanalına məxsus tezliyi ələ keçiriblər. Bu telekanalla yerli əhaliyə müraciət edən İsrail rəhbərliyi fələstinliləri “HAMAS” döyüşçüləri üçün canlı qalxan rolu oynamamağa çağırıb. Qeyd edək ki, İsrailin Qəzza zolağında başladığı əməliyyat on gündür davam edir. İsrail aviasiyası “HAMAS”a məxsus obyektlərə havadan zərbələr endirir, quru qoşunları isə Qəzza zolağına daxil olaraq bölgəni üç istiqamətdən nəzarətə götürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR