Bank Of Baku

Ehud Barak: “Qəzza zolağında əməliyyat məqsədimizə çatana kimi davam edəcək”

Ehud Barak: “Qəzza zolağında əməliyyat məqsədimizə çatana kimi davam edəcək”
# 05 yanvar 2009 14:15 (UTC +04:00)
Qəzza-APA. “İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyat “HAMAS” islam hərəkatına ziddi zərər vurub. Lakin məqsədimizə hələ çatmamışıq və əməliyyat davam edəcək”. APA-nın məlumatına görə, bu bəyanatla İsrailin müdafiə naziri Ehud Barak çıxış edib. O, quru qoşunlarının 700 min əhalisi olan Qəzza şəhərini qismən mühasirəyə aldığını bildirib: “HAMAS”a ağır zərbə vurulub, lakin əməliyyat davam edir. Paralel olaraq beynəlxalq səviyyədə danışıqlar davam edir. Əməliyyatın məqsədi İsrailin cənubunda vəziyyəti təhlükəsizlik nöqteyi-nəzərindən dəyişməkdir. Biz hərbçilərimizə və vətəndaşlarımıza münasibətdə yeni reallıq formalaşdırmağa və ölkənin cənubunda sabit mühit yaratmağa çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR