Bank Of Baku

ABŞ Yaxın Şərqdə münaqişənin nizamlanması üçün plan hazırlayıb

ABŞ Yaxın Şərqdə münaqişənin nizamlanması üçün plan hazırlayıb
# 06 yanvar 2009 07:38 (UTC +04:00)
Vaşinqton-APA. Birləşmiş Ştatlar Yaxın Şərqdə atəşkəs sazişinin imzalanması üçün plan üzərində işləyir. APA-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak bildirib ki, Vaşinqtonun təklif etdiyi plan İsrail ərazilərinin Qəzza zolağından raket atəşinə tutulmasının dayandırılmasını nəzərdə tutur. Bundan başqa üç maddəli plana İsrailin Qəzza zolağının blokadasının dayandırması üçün şəraitin yaradılması və tunellər probleminin həlli daxildir. Bununla belə İsrailin xarici işlər naziri Tsipi Livni bildirib ki, “HAMAS”la imzalanan hər hansı sazişin perspektivi yoxdur: “Biz terrorçularla sülh sazişi imzalasaq, uzunmüddətli sülh perspektivini şübhə altında qoymuş olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR