Bank Of Baku

Qəzza xəstəxanasının norveçli həkimi Maks Qilbert: “İsrailin hücumu zamanı ölənlərin 25 faizi uşaqlardır”

Qəzza xəstəxanasının norveçli həkimi Maks Qilbert: “İsrailin hücumu zamanı ölənlərin 25 faizi uşaqlardır”
# 06 yanvar 2009 14:39 (UTC +04:00)
Qəzza-APA. Qəzza zolağında yerləşən xəstəxanalarda tibbi ləvazimat və dərman preparatları qurtarmaq üzrədir. APA-nın məlumatına görə, bu barədə Qəzza şəhər xəstəxanasında işləyən norveçli həkim Mads Qilbert məlumat verib. Onun sözlərinə görə, şəhərdə tibbi ləvazimatların tükənmək üzrədir: “Əgər yaxın günlərdə xəstəxanaya tibbi ləvazimatlar çatdırılmasa, işi dayandırmalı olacağıq. İnsanlar adi dərman preparatları çatışmadığına görə ölürlər. Bütün otaqlar yaralılarla doludur. Dünən bir cərrahiyyə stolunda eyni zamanda iki yaralı üzərində əməliyyat aparmışıq. Bizə tibbi yardım üçün müraciət edənlərin əksəriyyəti dinc sakinlərdir. Hərbi əməliyyat zamanı ölənlərin təqribən 25 faizini qadın və uşaqlar təşkil edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR