Bank Of Baku

İsrail Qəzza sektoruna “humanitar dəhliz” açmağa qərar verib

İsrail Qəzza sektoruna “humanitar dəhliz” açmağa qərar verib
# 07 yanvar 2009 07:05 (UTC +04:00)
Administrasiyanın yaydığı bəyanatda deyilir ki, Qəzza sektorunda humanitar böhranın aradan qaldırılması üçün “humanitar dəhliz” açılacaq, dəhliz vasitəsilə sakinlərə yardımlar göndərilməsinə şərait yaradılacaq. Bəyanatda o da vurğulanır ki, “humanitar dəhliz” müəyyən olunmuş yerlərdə bəlli saatlarda açıq olacaq. Həmin müddətdə əhali humanitar yardımı ala biləcək.

“Humanitar dəhliz”in açılması planı ilə bağlı əlavə məlumat verilməyib. Yalnız o məlumdur ki, bu məsələyə İsrailin Müdafiə Nazirliyi nəzarət edəcək.

Qeyd edək ki, ötən il dekabrın 27-dən başlamış hərbi əməliyyatlar nəticəsində Qəzzada ölənlərin sayı 660-ı keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR