Bank Of Baku

İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində 220-dən çox uşaq, 90-dan çox qadın həlak olub, minlərlə yaralı var

İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində 220-dən çox uşaq, 90-dan çox qadın həlak olub, minlərlə yaralı var
# 07 yanvar 2009 07:54 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ölənlərin 220-dən çoxu uşaq, 90-dan çoxu isə qadındır. İsrail hərbçiləri məqsədlərinin HAMAS tərəfdarlarını məhv etmək olduğunu bildirsə də, ölənlərin əksəriyyətinin sadə insanlar olması bütün dünyada ciddi etirazla qarşılanıb. Təkcə yanvarın 6-da İsrail tanklarının məktəbi vurması nəticəsində orada sığınacaq tapmış 40 nəfər həlak olub. Ölənlərin əksəriyyətinin azyaşlı uşaqlar olduğu bildirilir. Ümumilikdə hərbi əməliyyatlar başlayandan İsrail HAMAS-ın 130 tərəfdarını öldürdüyünü, özü isə 5 hərbçisini itirdiyini bəyan edib. HAMAS isə İsrailin açıqladığı rəqəmləri təkzib etməklə yanaşı, döyüşlərdə ən azı 10-dan artıq İsrail hərbçisini, xeyli sayda texnika məhv etdiyini, bir neçə hərbçini isə əsir götürdüyünü bildirilir. Lakin İsrail tərəf əsgərlərinin əsir götürülməsi barədə məlumatları qətiyyətlə təkzib edir.

Qeyd edək ki, İsrail ötən il dekabrın 27-də HAMAS-ın Qəzza sektorundan endirdiyi raket zərbələrinə cavab olaraq hava əməliyyatlara start verib. 8 gün davam edən aviazərbələrdən sonra – yanvarın 3-də İsrail Ordusu Qəzzada yerüstü əməliyyatlara başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR