Bank Of Baku

Liviya BMT Təhlükəsizlik Şurasına İsraili hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə layihəsi təqdim edib

Liviya BMT Təhlükəsizlik Şurasına İsraili hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə layihəsi təqdim edib
# 07 yanvar 2009 08:14 (UTC +04:00)
Nyu-York-APA. Liviya İsrailin Qəzza zolağında hərbi əməliyyatları dayandırmasını tələb edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim edib. APA-nın məlumatına görə, Liviya xarici işlər naziri layihənin mətninin ərəb dövlətlər, Fransa, ABŞ və Böyük Britaniya ilə müzakirə olunduğunu bildirib. Qətnamə layihəsində Qəzza sektorunda hərbi əməliyyatların və HAMAS tərəfindən İsrail ərazilərinin raket atəşinə tutulmasının dayandırılması tələb olunur. Bundan başqa sənəddə İsrail qoşunlarının əvvəlki dislokasiya yerinə çəkilməsi tələb edilir. XİN başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası üzvləri ilə ilkin müzakirələrə baxmayaraq, Qərb dövlətlərinin əksəriyyəti bu qətnamə layihəsinin əleyhinə çıxırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR