Bank Of Baku

İsrail Venesuela səfirini ölkədən çıxaracaq

İsrail Venesuela səfirini ölkədən çıxaracaq
# 07 yanvar 2009 09:53 (UTC +04:00)
Tel-Əviv-APA. İsrail Xarici İşlər Nazirliyi Venesuela səfirinin ölkədən çıxarılacağını açıqlayıb. APA-nın məlumatına görə, bu addım Venesuelanın bir gün əvvəl atdığı analoji addıma cavab olaraq atılıb. Qeyd edək ki, Venesuela rəhbərliyi İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyat etiraz olaraq bu ölkənin səfirini ölkədən çıxarmağa qərar verib. Ölkənin xarici siyasət idarəsi İsrail səfiri və səfirliyin əməkdaşlarının ölkədən çıxarıldığı barədə dünən rəsmi açıqlama yayıb. Səfirlik hələlik bu qərarla bağlı mövqeyini açıqlamayıb. Bundan əvvəl isə Venesuela prezidenti Uqo Çaves İsraili Qəzza zolağında başladığı hərbi əməliyyata görə qınayıb. O İsrail və ABŞ prezidentlərini Yaxın Şərqdə törətdikləri cinayətə görə məhkəmə qarşısında durmalı olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR