Bank Of Baku

İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyat zamanı ölənlərin sayı 700 nəfəri keçib

İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyat zamanı ölənlərin sayı 700 nəfəri keçib
# 08 yanvar 2009 07:37 (UTC +04:00)
APA-nın məlumatına görə, əməliyyat zamanı yaralananların sayı 3,100 nəfəri keçib. İsrail tərəfi itkilərlə bağlı rəqəmləri açıqlamasa da, bu ölkənin ən azı 6 nəfər itki verdiyi bildirilir.

İsrail aviasiyası bu gücə Misirlə həmsərhəd bölgələrdə yerləşən ərazilərə xəbərdarlıq müraciətləri atmağa başlayıb. Müraciətlərdə həmin bölgədə yeraltı tunellərin olduğu, bu səbəbdən bölgənin aramsız bombardman ediləcəyi bildirilir. İsrail tərəfi bölgə əhalisindən evlərini təcili olaraq tərk etməsini istəyib.

Bölgəyə humanitar yardımların gətirilməsi davam edir. Yunanıstan sabah Qəzza zolağına 13 ton tibbi ləvazimat və dərman göndərəcəyini açıqlayıb. İsrail və Fələsitini atəşkəs sazişi imzalamağa çağıran Kanada hökuməti də bölgəyə 3,4 milyon dollar dəyərində humanitar yardım göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR