Bank Of Baku

İsrail, Fələstin və HAMAS arasında üçtərəfli görüş keçiriləcək

İsrail, Fələstin və HAMAS arasında üçtərəfli görüş keçiriləcək
# 08 yanvar 2009 07:46 (UTC +04:00)
APA-nın məlumatına görə, Misirin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Maqed Əbdüləziz görüşdə prezidentlər Hüsnü Mübarək və Nikola Sarkozinin təklif etdiyi sülh sazişinin detalları müzakirə olunacaq. Hər üç tərəf Qahirəyə texniki komissiya göndərməyə razılıq veriblər. Görüşün konkret tarixi məlum deyil, Maqed Əbdüləziz yalnız danışıqlarda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunacaq qətnamənin mətninin də Qahirədə müzakirə olunacağını bildirib. Qeyd edək ki, Misir və Fransa prezidentlərinin təklif etdiyi nizamlama planı üç maddədən ibarətdir. Plana əsasən, bölgədə qarşılıqlı hücumlar dayandırılmalı, daha sonra tərəflər arasında dialoq başlamalı və bu dialoq indiki situasiyanın bir daha təkrarlanmamasına zəmin hazırlanana kimi davam etməli, ən nəhayət Fələstində mövcud hərbi-siyasi qruplaşmalar arasında fikir ayrılığının aradan qaldırılması üçün danışıqlar aparılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR